Rubio Suriyada vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq edib

ABŞ dövlət katibi Marko Rubio Təhrir əş-Şam lideri Colani rejiminin gözləniləndən çox tez dağılacağını açıqlayıb.
İbranicə “Maariv” qəzetində çıxan xəbərə görə , ABŞ dövlət katibi Marko Rubio bu gün Suriyada fəaliyyət göstərən “Həyat Təhrir əş-Şam” təşkilatının lideri Colani rejiminin gözləniləndən çox tez çökəcəyini açıqlayıb.
Rubio Senatın Xarici Əlaqələr Komitəsinə deyib ki, Suriyada “keçid administrasiyasının üzləşdiyi çətinlikləri nəzərə alaraq, ölkənin bölünməsi mənasını verən potensial çöküşdən və hərtərəfli vətəndaş müharibəsindən aylar deyil, bəlkə də həftələr uzaqda olduğunu qiymətləndiririk”.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərq və Körfəz ölkələrinə səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın uzaqdan iştirakı ilə Colani ilə görüş keçirib.
Amerika prezidenti Donald Tramp daha əvvəl Netanyahu ilə görüşündə Colani-nin Suriyada hakimiyyəti ələ keçirməsini Ərdoğanın uğuru kimi qiymətləndirmişdi. Tramp Türkiyə ilə İsrail arasında Suriya ilə bağlı problemləri də həll edə biləcəyini ifadə edərək, Netanyahudan məntiqli davranmasını və Suriya ilə bağlı Türkiyə ilə yaxşı yola getməsini istəyib.
İddialara görə, ABŞ dövlət katibi Rubionun Suriyada vətəndaş müharibəsi və Kolani devriləcəyi ilə bağlı proqnoz verməsi, keçmişdə İnqilab Komandoları adından istifadə edən ABŞ-ın dəstəklədiyi silahlı qruplaşmanın Dəməşq yaxınlığındakı iki hava bazasını ələ keçirməsi ilə bağlı ola bilər.