Rubl sürətlə ucuzlaşır-Video

Rubl sürətlə ucuzlaşır-Video

İyunun 24-nə keçən gecə “Vaqner” hərbi birləşməsinin təsisçisi Rusiya Müdafiə Nazirliyinə qarşı verdiyi bir neçə bəyanatdan sonra ölkənin iri bankları məzənnələri kəskin artırıb. Hazırda ölkə banklarında 1 dollar 97.55, 1 avro 106.4 rubla təklif edilir. Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında Yevgeni Priqojin Müdafiə Nazirliyini “Vaqner” düşərgəsinə hücum etməkdə günahlandırıb və həmçinin bildirib ki, 25 min nəfər “ölkədə xaosun niyə baş verdiyini anlamağa” çalışır. İyunun 24-ü səhər Yevgeni Priqojin bəyan edib ki, “Vaqner” Rostov-na-Donudakı hərbi obyektlərə nəzarət edir. Prezident Vladimir Putin bunu üsyan və Rusiyaya xəyanət adlandırıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 11 =