Ruhullah Zəm asıldı

Ruhullah Zəm asıldı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Bu gün səhər Muanid Amad News Media-nın qurucusu və direktoru Ruhoullah Zəmin edam hökmü icra edildi və o asıldı.

13 Oktyabr 2018-ci il İslam İnqilabı Keşikçiləri Korpusu verdiyi açıqlamada əks-inqilabçı Muanid Amad News veb saytının müdiri Ruhullah Zəmin kəşfiyyat xidməti tərəfindən bir kəşfiyyat əməliyyatında yaxalanaraq həbs olunduğunu elan etdi.

Zəm ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayətlər törədərək həbs olunana qədər yalan məlumatlar yaymaq, ölkənin iqtisadi sistemini pozmaq, bölgədəki ölkələrdən birinin kəşfiyyat xidmətinin lehinə casusluq və sairədə ittiham olunub.

Onun 2018-ci ilin əvvəlində Fransız kəşfiyyat xidmətinə casusluq, İslam Respublikasına qarşı düşmən ABŞ hökuməti ilə əməkdaşlıq etdiyi bildirilib. Milli təhlükəsizliyi pozmaq məqsədi ilə gizli məlumatların toplanmasında iştirak edib.

Zəm məhkəmə iclaslarında kifayət qədər etiraflar edib. 2017-ci ilin yanvarında baş vermiş qiyamların lideri olduğunu və bunun nəticəsində bir sıra vətəndaşların xarici əlaqəli muzdlu ünsürlərin terror aktları nəticəsində həyatını itirdiyini etiraf edib.

Həmçinin islami rejimin devrilməsi üçün geniş təbliğat apardığını da vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + four =