Rumıniya qırıcıları Baltik dənizi üzərində uçuşlar həyata keçirib

Rumıniya qırıcıları Baltik dənizi üzərində uçuşlar həyata keçirib

Rumıniya Müdafiə Nazirliyinə məxsus F-16 qırıcı təyyarələri Baltik dənizi üzərində uçuşlar həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə NATO Hava Komandanlığının “X” səhifəsində paylaşım edilib.

Qeyd olunub ki, qırıcılar Alyansın Baltik regionu üzərində hava polisi missiyası çərçivəsində səmanı qoruyur.

“Hava polisi missiyasının məqsədi kollektiv müdafiəni gücləndirmək və NATO-nun ərazisini müdafiə etmək üçün hazırlıqla bağlı güclü mesaj verməkdir”, – paylaşımda qeyd olunub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 8 =