Rumıniyada 6 həftəlik uşaq vəftiz mərasimində öldü

Rumıniyada 6 həftəlik uşaq vəftiz mərasimində öldü

Rumıniyada dəhşətli hadisə qeydə alınıb.

Ölkənin şimal-şərqindəki Suceava bölgəsində bir kilsədə 3 dəfə suya batırılıb-çıxarıldığı vəftiz mərasimindən sonra ürəyi dayanan 6 həftəlik uşaq xəstəxanaya çatdırılmasına baxmayaraq həyatını itirib. 

Tibbi ekspertiza zamanı körpənin ağciyərinə su dolduğu müəyyən edilib. Vəftiz mərasimini idarə edən rahib haqqında cinayət işi açılıb. 

Qeyd edək ki, əhalisinin 80%-i ortodoks olan Rumıniyada son illərdə bənzər hadisələr yerli mediada müzakirələrə səbəb olub. 

MEDİAPOST.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − five =