Rumıniyada NATO-nun “Dacian Spring” təlimi keçirilib

Rumıniyada NATO-nun “Dacian Spring” təlimi keçirilib

Medgidiya və Smirdanda quru qoşunlarında 8-12 may tarixləri arasında keçirilən Dacian Spring (DASP23) komanda təlimində 500-ə yaxın Rumıniya, ABŞ, Fransa və İtaliya hərbçiləri iştirak edib.

APA-nın məlumatına görə, bu barədə cümə günü Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə Qərargahının rəhbəri general Daniel Petresku qeyd edib ki, təlimlər “NATO-nun Rumıniya və Bolqarıstandakı döyüş qruplarının artan cavab qabiliyyətini, həmçinin Cənub-Şərq Diviziyasının çoxmillətli komandanlığının öz ərazisində müdafiə əməliyyatları aparmaq qabiliyyətini təsdiqləyib”.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × five =