Rumıniyanın sabiq Baş naziri Senatın sədri seçilib

Rumıniyanın sabiq Baş naziri Senatın sədri seçilib

Rumıniyanın sabiq Baş naziri Nikolae Çuka ölkə parlamentinin yuxarı palatasının (Senat) sədri seçilib.

APA xəbər verir ki, bu barədə yerli “Agerpres” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, onun namizədliyinin lehinə 88, əleyhinə isə 16 senator səs verib.

Xatırladaq ki, Senatın sabiq rəhbəri Florin Vasile Kıtsu ötən il 29 iyunda vəzifəsini tərk etdikdən sonra onun səlahiyyətlərini müvəqqəti olaraq Alina Qorqiu icra edib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 19 =