Rus diplomat: Amerika və İsrail Qəzzə xalqını məhv etmək istəyir

Rus diplomat: Amerika və İsrail Qəzzə xalqını məhv etmək istəyir

Rusiyanın BMT-dəki nümayəndəsi bu gün (31 oktyabr) sionist rejimin Qəzzə zolağında irqi təmizləmə ilə məşğul olduğunu qeyd edərək Amerikanın bu xüsusda qətnamə verməməsi üçün Təhlükəsizlik Şurasını da iflic etdiyini deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Vasiliy Nebenziya TŞ iclasında deyib: Amerika və İsrail Qəzzə xalqını tamamilə məhv etmək və yaxud vətənlərini tərk edərək avara salmağa çalışırdılar.

Nebenziya Qəzzədə sırf atəşkəsin faydasız olduğunu bəyan edərək deyib: Artıq digər müvəqqəti tədbirlərin görülmə zamanı bitib və əsas prioritet Qəzzə qətliamının dayandırılması və qan tökülməməsidir.

Rusiyanın BMT nümayəndəsi həmçinin sionist rejimin bu zorakılıqlarına işarə edərək rejimin terrorizmlə mübarizə bəhanəsilə beynəlxalq qanunları kobudcasına pozduğunu da vurğulayıb.

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin də Qəzzə hadisələrində İsrail və Amerikanı qınayaraq ABŞ-ın Yaxın Şərqdə xaos yaratmaq məqsədini güdməsi ilə qınamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 3 =