Rus komandirin general Qasim Süleymani haqda maraqlı xatirəsi – 2
Şəhid Süleymani rus pilotu terrorçuların əlindən xilas etdiYevgeni Qonçarov daha sonra deyir ki, həmin günlərdə şəhid Süleymaninin yoldaşları olan İraq Hizbullahı döyüşçüləri tərəfindən ona Qurani-məcid hədiyyə edilib. İlk səhifədəki əlyazma hədiyyənin tarixinin 2 mart 2015-ci olduğunu göstərir. Rusiyalı komandirin şəhid Süleymani ilə görüşdüyü tarix.
O vurğulayıb ki, general Süleymaninin yanında həmişə suriyalı xüsusi təyinatlı qüvvələrdən ibarət bir qrup olurdu və onlar məmuriyyət icra edirdilər. Bu qüvvələr Suriya xüsusi təyinatlı qüvvələrinə aid nişanı mənə hədiyyə etdilər.
Qonçarov sərdar Süleymaninin şəxsiyyəti barədə belə deyir: “Sərdar sakit və çox şücaətli idi. Çoxlu qələbələrinə baxmayaraq heç vaxt özünün yüksək uğurlarını heç kimə göstərməyə səy etmirdi. Amma onun yüksək rütbəli olduğu tamamilə aydın idi. Mən onunla dost olduğumu demirəm, lakin onunla görüşdüyüm 20 dəqiqə onu bütün ömrüm boyu unutmamağım üçün bəs idi. O, İran və Suriyanın qəhrəmanı idi.”
Şəhid Süleymani rus pilotu terrorçuların əlindən xilas etdi
Rusiyalı komandir müsahibəsinin davamında sərdar Süleymaninin öz komandanlığı altında olan qüvvələrlə birlikdə iqtidar və müvəffəqiyətlə həyata keçirdiyi bir əməliyyatdan söz açaraq deyib: “General Süleyamani terrorçuların kökünü kəsmək üçün Suriyada və İraqda çoxlu rəşadətlər göstərməkdən əlavə, biz ruslara da terrorçularla mübarizə üçün həssas vaxtlarda kömək etdi.
Suriya-Türkiyə sərhədində Rusiyaya aid Suxoy qırıcısı Türkiyə tərəfindən vuruldu və onun rusiyalı hərbçi olan pilotu öldü.
Rus helikopteri pilotu axtarmaq üçün havaya qalxdı. Lakin terrorçular onu vurdu. O vaxt sərdar Süleymani Rusiyaya kömək təklif etdi.
General Süleymani 18 nəfər Suriya xüsusi təyinatlı qüvvə və bir neçə İraq Hizbullahından olan qüvvələrlə bu əməliyyatı icra etdi. Təyyarənin pilotunun cəsədi tapıldı, pilot köməkçisini isə diri xilas etdi. O vaxt general Süleymani Rusiya üçün tanınmış sima idi.”
Amerikanın sərdar Süleymanini terror etməsi
Y. Qonçarov sərdar Süleymaninin terror edilməsindən də danışaraq deyib: “2020-ci ilin yanvarında general Süleymani amerikalı qüvvələr tərəfindən terror edildi. Bu çox nəmərdcəsinə idi. Çünki o, rəsmi məmuriyyəti yerinə yetirməkdə idi və kimlik sənədlərində də heç bir problem yox idi. Lakin amerikalı qüvvələr bu anti-terror qəhrəmanı İran və İraqda dəyərli olan yoldaşları ilə birlikdə terror etdilər. Çox rəzil bir hərəkət idi və biz bunu heç vaxt bağışlamayacağıq.”
Anti-terror əməliyyatının komandiri vurğulayır: “General Süleymani əsl komandir idi. Rusiyanın hava qüvvələri vasitəsilə azad edilən Suriya şəhərlərində bu böyük generalı və onun komandanlığı altında olan anti-terror qüvvələrin mühüm rolu olmuşdur. Bu rəşadətlər heç vaxt unudulmayacaq.
Böyük iranlı generalın Amerikanın qəzəbinə tuş gəlməsinin səbəbi onun Suriya və İraqda böyük qüvvələri birləşdirə bilməsi oldu. O, elə də diqqəti çəkməyən maliyyə köməkləri almadan və yerli mənbələrdən istifadə etməklə böyük qüvvə yaratdı və terrorçuların belini qırdı. Vaşinqton bunu həzm edə bilmirdi.”
Y. Qonçarov rus əsgərlərinin general Qasim Süleymaniyə sevgi əlaməti olaraq onun bir neçə dəfə rəsmini çəkdiklərini və o rəsmlərdən bəzilərinin İran səfirliyinə hədiyyə edildiyini, Moskvada keçirilən sərgilərdə nümayiş etdirildiyini, habelə Suriyanın 5 şəhərində keçiriləcək sərgilərdə nümayiş etdiriləcəyini də bildirib.
islamtimes.org