Rus ordusu Ermənistandan çıxarılır? – TƏFƏRRÜAT

Rus ordusu Ermənistandan çıxarılır? – TƏFƏRRÜAT

Bunu Publika.aza açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, Rusiya mətbuatında “rus ordusu Ermənistandan çıxarılır” fikirləri ermənilərin növbəti cəfəngiyatından və dezinformasiyasından başqa bir şey deyil:

“Bu, erməni dezinformasiyası ilə yanaşı, həm də Amerikaya ismarışdır. Əgər ermənilər belə qoçaq idilərsə, öz sərhədlərinin keşiyində özləri durardılar. Hazırda İran-Ermənistan və Türkiyə-Ermənistan sərhədini də rus hərbçiləri qoruyur. 102-ci ordu birləşməsi Gümrüdə yerləşir, onların statusu ancaq Ermənistan dövlət kimi ləğv olunanda alınacaq. Bir sözlə, bu, mümkünsüzdür. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana gəlişi Ermənistan-Rusiya münasibətlərini gərginləşdirmək xarakteri daşıyırdı. Vaşinqton bu səfərlə Bakı və İrəvan arasındakı gərgin münasibətlərdən yararlanmağa çalışır. Çünki bu ilin noyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasına seçkilər olacaq. İlkin proqnozlara görə, bu seçkiləri respublikaçılar udacaq. Nensi Pelosi isə demokratların nümayəndəsidir. 83 yaşlı bu xanım hakimiyyəti itirmək təhlükəsi ilə üzləşəndə, Amerikanı aşağılayan bu cür addımlar atır”.

Politoloqun fikrincə, digər tərəfdən, ABŞ-la İran düşmən mövqedə olsa da, Pelosi ilə İran prezidenti Rəsinin Azərbaycan-Ermənistan sərhədi ilə bağlı səsləndirdiyi fikirlər üst-üstə düşür:

“Bu da anlaşılan deyil. Bu məqamda mənim İranın baş mollasına bir sualım var, İsrail-Azərbaycan münasibətləri İranı narahat edirdi, necə olur ki, baş düşmən elan etdiyiniz ABŞ-ın Ermənistanla münasibətlərinin bu qədər isti olması rəsmi Tehranı narahat etmir?! Niyə hörmətli Xameneyi cənabları bu barədə fikir səsləndirmir?! Onu da qeyd etmək istəyirəm ki, Pelosinin İrəvana səfərində şəxsi marağı var. Onun Azərbaycana və Türkiyəyə göndərdiyi mesajların hamısı keçici məsələlərdir. Bu da keçəcək. Bu cür hadisələrə o qədər də diqqət yönəltmək lazım deyil. ABŞ başda olmaqla bir çox dövlətlərin Qafqaz siyasətini Azərbaycan öz qələbəsi ilə dəyişib. Bölgənin, o cümlədən, MDB-nin siyasi arxitekturası Azərbaycan tərəfindən dəyişdirilib. Ortada yeni reallıqlar var. ABŞ bu yeni dizaynı qəbul edə bilmirsə, bu, Birləşmiş Ştatların problemidir. Amma Vaşinqton da reallığı qəbul edəcək. İki aydan sonra ermənilər görəcək ki, Nensi xalaları onları aldatdı”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + four =