Rus ordusu Ukraynada döyüş taktikasını dəyişdi

Rus ordusu Ukraynada döyüş taktikasını dəyişdi

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Rusiya tərəfinin raket ehtiyatının tükənməsi haqda məlumatları təkzib edib.

BAKU.WS xəbər verir ki, Ukrayna Hərbi Qüvvələrinin Qərargah rəisi Aleksandr Qruzeviç “Militarnıy” portalına açıqlamasında bildirib ki, Rusiya tərəfi Ukraynaya endirdiyi raket zərbələrinin intensivliyini azaltmayıb.

O, bildirib ki, ruslar sadəcə taktikanı dəyişərək Ukraynanın Hava Hücumundan Müdafiə Sistemləri, aviasiya və artilleriyasını hədəfə alıblar. Rusiya tərəfi bununla Ukraynadakı rus qoşunlarının canlı qüvvə itkisini azaltmağı hədəfləyir. Qruzeviç həmçinin rus qoşununun qüvvələrini səfərbər edərək Kiyevi həlledici həmlə etmək fikrindən daşınmadığını da bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıy da rusların Kiyevə böyük həmlə edəcəklərini bildirmişdi. 

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 2 =