Rus ordusu Ukraynanın Kremennaya şəhərinə girdi, küçə döyüşləri başladı

Rus ordusu Ukraynanın Kremennaya şəhərinə girdi, küçə döyüşləri başladı

Ukraynanın Luqansk vilayətinin Kremennaya şəhərində küçə döyüşləri başlayıb.

BAKU.WS UNIAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, rusiyalı hərbçilər şəhərə giriblər. Onlar şəhərdə güclü müqavimətlə rastlaşıblar.

“Rus hərbçiləri şəhərə giriblər. Nəticədə küçə döyüşləri başlayıb. DİN bildirib ki, əhalini evakuasiya etmək mümkün deyil”, – deyə Sergey Qayday bildirib.

O əlavə olaraq vurğulayıb ki, ruslar Kremennayadakı “Olimp” idman kompleksinə hücum ediblər:
“İşğalçıların mərmiləri yerli idman infrastruktur obyektlərinə düşüb. Nəticədə yanğın başlayıb”.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 11 =