Rusiya: ABŞ-ın İrana qarşı addımları nəticə verməyib, verməyəcək də

Rusiya: ABŞ-ın İrana qarşı addımları nəticə verməyib, verməyəcək də

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ-ın İrana qarşı sanksiyaları nəticə verməyib və verməyəcək də.

Bunları Rusiya XİN başçısı Sergey Lavrov deyib.

Onun sözlərinə görə, “bəxbəxtlik burasındadır ki, son illər hazırkı ABŞ administrasiyası İranı qaralamaqla” məşğuldur.

Lavrov bildirib ki, İran hər yerdə əsas problem elan edilib.

ABŞ-ın Yaxın Şərq və Şimali Afrika üzrə dialoqları anti-İran relslərinə kökləmək istədiyini deyən rusiyalı nazir bunu perspektivsiz adlandırıb.

Çünki problemləri sırf bütün iştirakçılar arasındakı razılıqlarla dayanıqlı və etibarlı şəkildə həll etmək olar”, – deyə o bildirib və qeyd edib ki, ABŞ-ın hazırkı siyasəti yalnız-yalnız İranın üzərinə köklənib və “yalnız hakimiyyət dəyişikliyinin, nəhayət ki, bütün regiona rahat nəfəs almağa imkan” verəcəyini iddia edir.

Lavrov bu cür yolu çıxışsız adlandırıb.

“İranın boğulması üçün olan sanksiyalar heç vaxt nəticə verməyib və indi də verməyəcək”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 2 =