Rusiya ABŞ-nin “Crocus City Hall”da törədilən terror aktındakı mümkün iştirakını araşdırır

Rusiya ABŞ-nin “Crocus City Hall”da törədilən terror aktındakı mümkün iştirakını araşdırır

Rusiya İstintaq Komitəsi ABŞ-nin “Crocus City Hall”da törədilən terror aktındakı mümkün iştirakı ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, araşdırmalar deputatların müraciətinə əsasən aparılır.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırıdıqdan sonra hadisə yerindən qaçıblar.

Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya “hesaba qatılmamış” sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 1 =