Rusiya avropalıların eynicinsli mövqelərinə münasibət bildirdi

Rusiya avropalıların eynicinsli mövqelərinə münasibət bildirdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov, Rusiyada eynicinsli nikahların qeydiyyatı üçün kompromis variantı tapmağın mümkün olmadığını söyləyib.

Peskov, çərşənbə günü bir mətbuat konfransında bir müxbirin Rusiya prezidenti Vladimir Putinin Avropa İnsan Hüquqları Məhkəməsinin eyni cinsli evliliklə bağlı son qərarına reaksiyası ilə bağlı sualına cavab olaraq bildirib: “Prezident Putin buna heç bir reaksiya göstərməyib. Rusiya konstitusiyasının bununla bağlı müddəaları olduqca aydındır və bu mövqeyi və baxışı dəstəkləyən Rusiya vətəndaşlarının sayı da bəllidir. Bu cür evliliyin qeydiyyatı üçün kompromis variantı tapmağa da ehtiyac yoxdur.”

Çərşənbə günü, Avropa İnsan Haqları Məhkəməsi üç rus eyni cinsli cütlüyün şikayətini araşdırmış və Rusiyada onların nikahlarının qanuni qeydiyyata alınmamasını, Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsinin pozuntusu olaraq qiymətləndirmişdir. Məhkəmə eyni zamanda, Rusiya Federasiyasında eynicinsli nikah qadağasının ədalətsiz olduğuna qərar vermişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =