Rusiya Baydeni terrorçu elan etdi

Rusiya Baydeni terrorçu elan etdi

Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Volodin ABŞ prezidenti Co Baydeni “strateji tərəfdaşlarının enerji infrastrukturunun məhv edilməsi əmrini verən terrorçu” adlandırıb. Bu barədə siyasətçi öz “Telegram” hesabında yazıb.

Belə ki, Volodin Pulitser mükafatı laureatı Seymur Herşin Amerika hakimiyyətinin Şimal axınının pozulmasında iştirakı ilə bağlı araşdırmasına reaksiya verib. Jurnalistin sözlərinə görə, ABŞ ordusunun dalğıcları “NATO Baltops 22” manevrlərinin pərdəsi altında qaz kəmərlərinin altına uzaqdan işə salınan partlayıcı qurğular yerləşdiriblər.

Spiker düşünür ki, aşkarlanmış faktlar terror aktından zərər çəkmiş ölkələrə təzminat ödənilməklə, Bayden və partlayışa görə məsuliyyət daşıyan digər şəxslərin mühakimə olunması üçün əsas olmalıdır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =