Rusiya: Corc Soros dünya ölkələrində sabitliyi pozmağa çalışır

Rusiya: Corc Soros dünya ölkələrində sabitliyi pozmağa çalışır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev, “Açıq Cəmiyyət” İnstitutunun sədri, ABŞ milyarderi Corc Sorosun dünya hökumətlərinin sabitliyini pozmaqdakı rolunu tənqid edib.

“Sputnik” xəbər agentliyi yazır ki, Corc Soros, bir çox ölkələrdə siyasi diskurslar formalaşdırmaq üçün yüz milyardlarla dollar pul xərcləyib.

Rusiya 2015-ci ildə “Açıq Cəmiyyət” İnstitutunun fəaliyyətini milli təhlükəsizliyinə və konstitusiyasına təhdid kimi qiymətləndirərək qadağan edib.

Patruşev həmçinin iddia edib ki, Corc Soros və “Açıq Cəmiyyət” İnstitutu, şübhəsiz ki, keçən il ABŞ-da baş verən siyasi qarışıqlıqlarda da böyük rol oynayıb.

O, belə əlavə edib: “ABŞ xaricindəki bir çox rəngli inqilablarda rolu olan Soros Fondu bu layihələrindən imtina etmək fikrində deyildi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + two =