Rusiya daha beş ölkəni “dost olmayan ölkə” elan etdi

Rusiya daha beş ölkəni “dost olmayan ölkə” elan etdi

Publika.az xəbər verir ki, müvafiq sənəd Rusiya hökumətinin rəsmi portalında dərc olunub.

Siyahıya Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiya daxil edilib.

Fərman dost olmayan ölkələr üçün Rusiya ərazisində yerləşən şəxslər arasından səfirliklər, konsulluqlar və dövlət nümayəndəlikləri işçilərini işə götürmək imkanının tamamilə məhdudlaşdırılmasını nəzərdə tutur.

Hökumətin təsdiq etdiyi siyahıda ölkələrin adları ilə yanaşı, Rusiya ərazisində qeyri-dost ölkələrin diplomatik nümayəndəlikləri və onların konsulluq idarələri ilə əmək müqaviləsi bağlaya biləcək şəxslərin sayı göstərilir. Belə ki, yeni sərəncama əsasən, Yunanıstanda 34, Danimarkada 20, Slovakiyada 16 nəfərlik məhdudiyyət var. Sloveniya və Xorvatiya diplomatik nümayəndəlik və konsulluq idarələrində işçi qəbul edə bilməyəcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − five =