Rusiya Duması Avropa Şurası ilə imzalanan 21 müqaviləni denonsasiya edib

Rusiya Dövlət Duması Rusiyada Avropa Şurası Nizamnaməsinin ölkə ərazisində fəaliyyətinin ləğvi haqqında, o cümlədən bu qurumla bağlanmış 20 beynəlxalq müqavilənin pozulması barədə qərarı yekdilliklə qəbul edib.
APA xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Qeyd olunub ki, ümumilikdə 21 sənəd, o cümlədən terrorizmlə mübarizə, insan hüquqlarının müdafiəsi haqqında Avropa konvensiyaları, “Yerli özünüidarə haqqında” Avropa Xartiyası, Avropa Sosial Xartiyası və digər sənədlər denonsasiya edilib.
Apa.az