Rusiya Federasiyasında koronavirusdan ölənlərin sayı 178 mini keçib
Rusiyada son sutkada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 19 536 artaraq 6 804 910-a çatıb. Bu barədə COVID-19 əməliyyat qərargahından məlumat verilib.
Son sutkada Rusiya Federasiyasında koronavirusdan 809 nəfər ölüb.
Pandemiya başlayandan bəri ölkədə ölənlərin ümumi sayı 178,423 -ə çatıb.
Rusiyada son 24 saatda 19 654 nəfər olmaqla 6 073 157 nəfər sağalıb.
Moskvada son sutkada 1402 yeni yoluxma halı aşkarlanıb. Paytaxtda koronavirusun yaratdığı fəsadlardan ölənlərin sayı son gündə 52 nəfər artıb.
Salamnews