Rusiya İŞİD-in Əfqanıstana köçürüldüyünü açıqladı

Rusiya İŞİD-in Əfqanıstana köçürüldüyünü açıqladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Moskva rəsmilərinin Əfqanıstandakı vəziyyətlə bağlı xəbərdarlıqlarından sonra Rusiya ordusu İŞİD terror qruplaşmasının üzvlərinin digər ölkələrdən Əfqanıstana köçürüldüyünü məlumat verib.

Arab News -un Rusiya İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya ordusu çərşənbə günü “İŞİD döyüşçülərinin” Suriya, Liviya və digər ölkələrdən Əfqanıstana köçürüldüyünü bildirib.Rusiya ordusunun İŞİD terrorçularının Əfqanıstana köçürülməsi barədə xəbərdarlığı, son həftələrdə ABŞ-ın Əfqanıstandakı 20 illik işğala son verməyə hazırlaşması ilə yanaşı hökumət qüvvələri ilə Taliban arasında qarşıdurmaların şiddətləndiyi bir vaxta təsadüf edir.

Rusiya ordusunun terrorçuların Əfqanıstana köçürülməsi ilə bağlı xəbərdarlığı Rusiya Xarici İşlər Nazirliyi sözçüsünün ABŞ-ın İŞİD ilə əməkdaşlığı barədə fikir söyləməsindən 5 gün sonra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 3 =