Rusiya İsrail, İran və İraqa uçuşları noyabrın 3-dək dayandırdı

Rusiya İsrail, İran və İraqa uçuşlara məhdudiyyətlərin müddətini noyabrın 3-dək uzadıb.
Məlumatı Federal Hava Nəqliyyatı Agentliyinə istinadən “Kommersant” yayıb.
Məlumata görə, bu ölkələrin hava məkanından tranzit keçən uçuşlara da məhdudiyyətlər qoyulub.
Oktyabrın 1-də İran İsrailə yüzlərlə raket atıb. İsrail bu hücuma mütləq cavab veriləcəyini bəyan edib. Hazırda İsrailin cavab addımlarının nədən ibarət olacağı və nə zaman baş verəcəyi gərginliklə gözlənilir.