Rusiya: İsrailin İrana qarşı təxribatının ağır nəticələri ola bilər

Rusiya: İsrailin İrana qarşı təxribatının ağır nəticələri ola bilər

Rusiyalı diplomat Dmitri Polyanski bəyan edib ki, İsrailin İrana qarşı təxribatının regional və beynəlxalq səviyyədə dəhşətli nəticələri ola bilər.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski İsrailin İrana qarşı təxribatının regional və beynəlxalq səviyyədə “çox ağır nəticələri” ola biləcəyi barədə xəbərdarlıq edib.

RT- yə danışan Polyanski İsrailin hücumunun qəbuledilməz olduğunu və Rusiyanın bu məsələdə Tehranın mövqeyini tam dəstəklədiyini bildirib.

Cümə günü səhər saatlarında İsrail hərbçiləri İrana qarşı “Yüksələn Aslan” adlı genişmiqyaslı hücuma başlayıb.

Hücum çərçivəsində hava qüvvələrinin İranın nüvə proqramına aid hərbi hədəf və obyektlərini vurduğu və bir çox İran hərbi rəhbərlərinin zərərsizləşdirildiyi bildirilib.

“İsrail beynəlxalq hüquqa məhəl qoymur”

Rus diplomat Polyanski İsrailin hərəkətlərini sərt şəkildə tənqid edərək deyib: “Bu, qətiyyən qəbuledilməzdir və heç kimə İsrailin davrandığı kimi davranmağa icazə verilməməlidir. Bu, beynəlxalq hüquqa tamamilə etinasızlıqdır və bu normalara qarşı çox təhlükəli bir təxribatdır”.

Polyanski bu normaların dünyanın təhlükəsizliyini qoruyan əsas elementlər olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =