Rusiya Livanla bağlı qətnamənin tam icrasını tələb edir

Rusiya Livanla bağlı qətnamənin tam icrasını tələb edir

Rusiya xarici işlər nazirinin müavini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında deyib: Livan və sionist rejim arasında münaqişənin sona çatması ilə bağlı TŞ-nin 1701 saylı qətnaməsinin tam icrası gərginliyin azaldılması və Livanda qan tökülməsinin qarşısının alınması üçün zəruridir.

İRNA-nın məlumatına görə, Sergey Verşinin bu gün (26 sentyabr) deyib: Biz hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə tam və hərtərəfli riayət etmək lazımdır. Bu qətnamə İsrailin bütün hücum xarakterli hərbi əməliyyatlarnı dayandırmaq, Livanın cənubundan geri çəkilmək və bütün Hizbullah qüvvələrinin Litani çayının şimalından geri çəkilmək şərti ilə ölkənin işğalına son qoymaq öhdəliklərini birləşdirir.

Rusiya XİN müavini həmçinin Mavi xətt boyunca “əsas sabitləşdirici rol” oynayan Livandakı BMT sülhməramlı qüvvələrinə (UNIFIL) tam dəstəyini ifadə edib.

Sionist rejimin Qəzzada 42 mini keçən müharibəsində şəhid olanların sayına toxunan bu rusiyalı diplomat əlavə edib: Yaxın Şərqdə böyük bir müharibənin meydana çıxması xəyalının qarşısını ancaq Qəzzada axan qanı dayandırmaqla almaq olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 3 =