Rusiya “MiG-31” Berinq dənizi üzərində ABŞ bombardmançılarının qarşısını kəsib

Rusiya “MiG-31” Berinq dənizi üzərində ABŞ bombardmançılarının qarşısını kəsib

Rusiya qırıcı təyyarəsi Berinq dənizinin səmasında iki  ABŞ  bombardmançı təyyarəsinin qarşısını kəsib.

SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat yayıb.

Berinq dənizinin neytral suları üzərində dövlət sərhədinə yaxınlaşan iki hədəf təsbit edilib.

Pasifik Donanmanın hava hücumundan müdafiə qüvvələrinə məxsus “MiG-31” qırıcısı havaya qalxıb.

Hədəf ABŞ Hərbi Hava Qüvvələrinin iki “B-1B” strateji bombardmançı təyyarəsi  olub.

“MiG-31” qırıcısı ABŞ təyyarələrini müşayiət edib, onlar Rusiya sərhədindən uzaqlaşdıqdan sonra bazaya qaydıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 8 =