Rusiya Milli Təhlükəsizlik Şurasının katibi: Həniyyənin terror edilməsi məsələsinə göz yummaq olmaz

Rusiya Milli Təhlükəsizlik Şurasının katibi: Həniyyənin terror edilməsi məsələsinə göz yummaq olmaz

Sergey Şoyqu Tehranda İsmayıl Həniyyənin terror edilməsinə toxunaraq bildirib ki, bu məsələyə qətiyyən göz yummaq olmaz.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Rossiya 24” telekanalına müsahibəsində bildirib: “Tehranla Moskva arasında əməkdaşlıq bütün sahələrdə sürətlə genişlənir.”

“İranın yeni Prezidenti Məsud Pezeşkiyan və bu ölkənin Milli Təhlükəsizlik Şurasının katibi ilə keçirdiyimiz görüşdə Suriya və Livandakı vəziyyət də daxil olmaqla, geniş spektrli məsələləri müzakirə edib fikir mübadiləsi apardıq” – deyə, Şoyqu əlavə edib.

O, Tehranda İsmayıl Həniyyənin terror edilməsi ilə bağlı faciəvi hadisəyə də işarə edərək bildirib ki, bu məsələyə qətiyyən göz yumaq olmaz.

Şoyqu bu görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı məsələlərin də müzakirə edildiyinə diqqət çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + six =