Rusiya MN: Ötən gecə Ukraynanın 16 hərbi obyektinə zərbə endirilib

Rusiya MN: Ötən gecə Ukraynanın 16 hərbi obyektinə zərbə endirilib

Rusiya Silahlı Qüvvələri Ukraynanın dörd silah və hərbi texnika anbarını, həmçinin düşmənin canlı qüvvəsinin cəmləşdiyi üç ərazini “İsgəndər” raketləri ilə vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Raket qoşunları yüksək dəqiqliyə malik yerüstü “İsgəndər” raketləri ilə dörd silah və hərbi texnika anbarı, həmçinin Popasnaya, Yampol və Kramotorsk yaşayış məntəqələri yaxınlığında düşmənin canlı qüvvəsinin cəmləşdiyi üç ərazini məhv edib”, – Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkovun sözlərinə görə, yüksək dəqiqlikli havadan buraxılan raketlər gecə ərzində Ukraynanın 16 hərbi obyektinə zərbə endirib: “Onların arasında düşmənin beş komanda məntəqəsi, üç yanacaq və silah-sursat anbarı, eləcə də Qulyaipole, Kamışevaxa, Zelenoe Pole, Velikomixaylovka və Nikolayev yaşayış məntəqələrində şəxsi heyət və hərbi texnikanın cəmləşdiyi ərazilər var”

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − twenty =