Rusiya MN: Ukraynanın daha 81 hərbi obyekti vurulub

Rusiya MN: Ukraynanın daha 81 hərbi obyekti vurulub

Rusiyanın döyüş təyyarələri və raket qüvvələri Ukraynanın daha 81 hərbi obyektini vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası və raket qoşunları Ukraynanın 81 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, bir “Osa” zenit raket kompleksi, üç reaktiv yaylım atəşi qurğusu, həmçinin 9 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi 59 ərazi var”,- Rusiya MN sözçüsü vurğulayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 3 =