Rusiya MN: Ukraynanın MiQ-29 qırıcısı məhv edilib

Rusiya MN: Ukraynanın MiQ-29 qırıcısı məhv edilib

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynada iki “Toçka-U” raketi və bir MiQ-29 qırıcısını məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi birifinqdə bildirib.

 “Rusiyanın hava hücumundan müdafiə sistemləri Donetsk vilayətinin Malinovka kəndi ərazisində havada Ukraynaya məxsus MiQ-29 qırıcısını vurub. Petropolya və Malaya Kamışevaxa yaşayış məntəqələri ərazisində iki “Toçka U” raketi vurulub”, – deyə Rusiya MN sözçüsü qeyd edib.

Konaşenkovun sözlərinə görə, bundan əlavə, Marinka, Kamenka, Semenovka və Siniçino yaşayış məntəqələri ərazilərində Ukraynanın dörd pilotsuz uçuş aparatı məhv edilib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =