Rusiya Müdafiə naziri ABŞ və NATO-nun bölgədəki gərginlik artıran rəftarları barədə xəbərdarlıq etdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya müdafiə naziri, çərşənbə axşamı ABŞ və NATO-nun Qara dənizdəki təxribatçı hərəkətlərindən narazılığını bildirib.
“ABŞ və NATO Qara dənizdə təxribatçı fəaliyyət göstərirlər” deyə Rusiya Müdafiə naziri Sergey Şoyqu vurğulayıb.
“Ukrayna da Donbass bölgəsində sabitliyi pozmağa çalışır” deyə Rusiya müdafiə naziri əlavə edib.
Bu arada Ukrayna Xarici İşlər Naziri, çərşənbə axşamı Rusiyanın Ukraynaya hücum ehtimalını istisna etməyib. “Önümüzdəki həftələrdə Ukrayna ilə sərhəddə yerləşən rus əsgərlərinin sayı 120 mindən çox olacaq” deyə Ukrayna Xarici İşlər naziri Dmitri Kolba xəbər verib.
Dmitri Kolba həmçinin qeyd edib: “Kiyev Rusiya ilə müharibə və ya gərginliyin artmasına can atmır, lakin Rusiyanın Ukraynaya təcavüzünün yeni bir mərhələsi göz ardı edilə bilməz.”
O, sərhəddə vəziyyətin gərgin olduğunu, ancaq orduya reaksiya verməmək barədə tapşırıq verildiyini də xatırladıb.