Rusiya müharibəyə suriyalıları cəlb edir
Publika.az xəbər verir ki, bu barədə 4 ABŞ rəsmisinə istinadən “Wall Street Journal” məlumat yayıb.
Neçə suriyalı muzdlu əsgərin cəlb olunduğu məlum deyil, lakin nəşrin məlumatına görə, onlardan bəziləri artıq Rusiyadadır və müharibəyə qoşulmağa hazırlaşırlar.
Nəşrin məlumatına görə, Rusiya bu ölkədən olan könüllülərə təkcə Ukraynaya gəlmək üçün 200-300 dollar təklif edib. Vaşinqtondakı Müharibə Tədqiqatları İnstitutunun tədqiqatçısı, “Wall Street Journal” qəzetinin eksperti Cennifer Kafarella bildirib ki, Suriya silahlıları şəhər ərazilərində 10 ilə yaxın döyüşüb, Rusiya qüvvələri, əsasən də hərbçilər isə bu bacarıqlara malik deyil.
Publika.az