Rusiya Patriarxından qəribə müqayisə: koronavirusa inanmamaq Allaha inanmamaq kimidir

Rusiya Patriarxından qəribə müqayisə: koronavirusa inanmamaq Allaha inanmamaq kimidir

Moskva və bütöv Rusiyanın Patriarxı Kirill bəyan edib ki, koronavirusa inanmamağı Allaha inanmamaqla bərabər tutmaq olar.

Az.shafaqna.com TASS-a istinadla xəbər verir ki, Patriarx bu sözləri Xilaskar Məsih kilsəsindəki çıxışında söyləyib.

“Elə insanlar var ki, heç nəyə inanmırlar – nə xəstəliyə, nə təhlükəyə, tibbi göstərişləri qulaqardına vururlar. Bunlar axmaq adamlardı”, – Kirill vurğulayıb. O əlavə edib ki, pandemiya zamanı təhlükəsizlik tədbirlərinə laqeyd yanaşma ölümlə nəticələnə bilər.

“İnsanların Allaha inanmamaları təhlükəlidir. Eyni təhlükə ilə insanların infeksiyaya inanmaması və bu infeksiyadan özünü qorumaması zamanı da üzləşirik”, – Patriarx əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =