Rusiya Putinə qarşı sanksiyalarla bağlı xəbərdarlıq edib

Rusiya Putinə qarşı sanksiyalarla bağlı xəbərdarlıq edib

Kremlin sözçüsü Qərbin Rusiyaya qarşı sanksiyaları barədə xəbərdarlıq edərək, Moskva-Berlin münasibətlərinin vacibliyini vurğulayıb.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov çərşənbə günü Qərbin Prezidentə qarşı sanksiyaları barədə xəbərdarlıq edərək, Moskvanın Berlinlə münasibətlərə böyük əhəmiyyət verdiyini deyib.

Tass xəbər agentliyinin məlumatına görə, Peskov jurnalistlərə deyib:

 “Olaf Şultsun vəzifəyə başlamasından çox keçməyib və kansleri qarşıda çoxlu daxili problemlərin gözlədiyi şübhə doğurmur, digər tərəfdən isə Qərbi Avropanın Ukrayna məsələsində konrtol edilməz həyacan yaşadığını görürük.”

Kremlin sözçüsü əlavə edib: “Tərəflər birbaşa rabitə saxlayacaq və lazım gələrsə, bir-biri ilə əlaqə yaradacaq. Almaniya Qərbi Avropadakı əsas tərəfdaşlarımızdan biridir və biz əlaqələrimizə böyük əhəmiyyət veririk və münasibətlərin daha da  inkişafının intizarındayıq.”

Peskov daha sonra Rusiya Prezidenti Vladimir Putinə sanksiya tətbiqi ilə bağlı xəbərdarlıq edib və bunu siyasi baxımdan təxribat adlandırıb. O qeyd edib ki, Putin bütün aktivlərini hazırda sanksiyalar altında olan Rusiya Bankında saxlayır.

Reuters-in məlumatına görə, o, həmçinin ABŞ-ın Ukraynada gərginliyi artırmaq üçün atdığı addımlara toxunaraq deyib ki, Rusiya bu həftə Vaşinqtondan Moskvanın təhlükəsizlik təkliflərinə yazılı cavab alacağını gözləyir.

“Putin yaxın günlərdə Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq” – Peskov bildirib.

O, qeyd edib ki, Rusiyanın Ukraynaya müdaxilə edəcəyi halda ABŞ-ın Avropaya qoşun yeridəcəyi ilə bağlı iddiası danışıqlara təsir etməyəcək, çünki danışıqların hazırkı mərhələsi başa çatıb.

Makron Putinlə yanaşı, Ukrayna Prezidenti Vladimir Zelinski ilə də telefon danışığı aparmağı planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 15 =