Rusiya Qərbi hədələdi
“Qərb ölkələrinin oxşar hərəkətlərinə cavab olaraq Rusiya Federasiyasının müsadirə edə biləcəyi aktivlərin siyahısı var”.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın “Yeddilik” qrupuna Rusiyanın 300 milyard dollarlıq aktivlərinin müsadirə edilməsi təklifini şərh edərkən bildirib.
Peskovun sözlərinə görə, Moskva Rusiya aktivlərinin müsadirəsi üçün mümkün cavab addımlarını əvvəlcədən təhlil edib. Peskov qeyd edib ki, ABŞ-ın təklifi qanuni ola bilməz, onların təklifi beynəlxalq iqtisadiyyatı sarsıdacaq.