Rusiya rəsmisi: Beynəlxalq koalisiya terrorçulara sığınacaq verib

Rusiya rəsmisi: Beynəlxalq koalisiya terrorçulara sığınacaq verib

Suriyadakı Rusiya Barışıq Mərkəzinin vitse-prezidenti ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasının hərəkətlərini tənqid edib və bildirib ki, bu koalisiya terrorçulara sığınacaq verib.

İRNA-nın şənbə günü Sputnik-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin rəis müavini Oleq Qurinov bildirib ki, terrorçular növbəti dəfə “At-Tənif” bölgəsində Suriya təhlükəsizlik qüvvələrinə qarşı əməliyyat keçirməyə cəhd ediblər.

Onun sözlərinə görə, “terrorizmə qarşı beynəlxalq koalisiya” adlanan qurumun nəzarətində olan Ət-Tənif bölgəsində terrorçular xüsusi inzibati bölgədə hökumət qüvvələrinə qarşı əməliyyat keçirməyə cəhd etsələr də, buna nail ola bilməyiblər.

Qurinov əlavə edib ki, Suriya Silahlı Qüvvələrinə bağlı briqadalardan biri mayın 18-də, Moskva vaxtı ilə saat 23:30-da Tel Ət-Təvid dağının qərb bölgəsində üç pikapda silahlı terror qruplaşması aşkar edib.

Bu terror qruplaşması “Ət-Təvid” ərazisinə daxil olmağa çalışsa da, Suriya qüvvələri atəş açdıqdan sonra beynəlxalq koalisiyanın nəzarətində olan “Vadi Səlubi” ərazisinə qaçıblar.

Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin vitse-prezidenti vurğulayıb ki, bu hadisə Ət-Tənif bölgəsindəki beynəlxalq koalisiyanın Suriyanın cənubunda mövcud olan terrorçularla mübarizə apara bilmədiyini bir daha göstərir.

Bu hesabata görə, İŞİD və digər terror qruplaşmaları 2017-ci ildə Suriya və İraqda dörd illik genişmiqyaslı terror əməliyyatları və bu iki ölkənin böyük hissələrinin işğalından sonra məğlub edilib, lakin buna baxmayaraq, onların özəyi və qalıqları hələ də İraq və Suriyadadır. Onlar mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatlar həyata keçirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + four =