Rusiya Raket Akademiyasının vitse-prezidenti: İran İsraili yaşayış üçün yararsız hala sala bilər

Rusiya Raket Akademiyasının vitse-prezidenti: İran İsraili yaşayış üçün yararsız hala sala bilər

Rusiya Raket Akademiyasının vitse-prezidenti İranın dünyada raket sistemləri istehsal edən ilk dörd ölkədən biri olduğunu bəyan edərək deyib: İran İsraili yaşamaq üçün yararsız bir yerə çevirə biləcək qüdrətə malikdir.”

Məlumata görə, Rusiya Raket Akademiyasının vitse-prezidenti Konstantin Syukov “Russia Today” telekanalına verdiyi son müsahibədə İranın raket qabiliyyətindən danışıb.

Syukov İran və sionist rejim arasında müharibə ehtimalı ilə bağlı suala cavab olaraq bildirib ki, Tel-Əvivin İrana qarşı müharibəyə başlama ehtimalı azdır və İsrailin 200-400 nüvə başlığına malik olduğu təxmin edilir.

“İranın adi qısa mənzilli raketləri və atış nöqtəsində yüksək dəqiqliyə malik silahları var və bu, ABŞ bazalarına atdığı raketlər zamanı özünü göstərdi.”

Syukov sözlərinə davam etdi: “İsrail bu raketlərə qarşı durmağa qadir deyil. Bu gün İsrailin bu raketlərə qarşı dura biləcək hava hücumundan və ya raketdən müdafiə sistemləri yoxdur.

Əgər İran İsrailin bu nüvə sistemləri və reaktorlarına raket hücumu etsə İsrailin kiçik ərazisini yaşayış üçün yararsız yerə çevirəcək.”

 “İsrailin İrana qarşı nüvə silahından istifadə edəcəyini düşünmürəm, çünki bu, Rusiya və Çinin reaksiyasına səbəb olacaq, ona görə də bu addım hər iki ölkə üçün qəbuledilməzdir.” – deyə o bildirib.

İran İslam Respublikasının hərbi və siyasi rəsmiləri həmişə sionist rejimə xəbərdarlıq ediblər ki, əgər İrana qarşı hər hansı axmaq addım atılacaqsa, bu addım bu rejimin sonu demək olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + six =