Rusiya səfiri Fransa XİN-ə çağırılıb

Rusiya səfiri Fransa XİN-ə çağırılıb

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Eyni zamanda TASS-ın Rusiyanın Parisdəki səfirliyinə bununla bağlı göndərdiyi sorğuya cavab olaraq oradan hələ ki məlumat təsdiqlənməyib.

4 aprel tarixində Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Parisdəki səfirliyinin 30-a yaxın əməkdaşının ölkədən çıxarılması barədə qərar qəbul edib. Nazirliyin bu barədə dərc etdiyi kommünikedə qovulan əməkdaşların Fransanın təhlükəsizlik maraqlarına zidd fəaliyyətlərlə məşğul olduqları bildirilir.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Parisin bu qərarına Moskvanın cavabsız qalmayacağını vurğulayıb. O, həmçinin Qərbin Rusiyaya qarşı nümayişkaranə mövqeyini qeyd edib. Zaxarova əlavə edib ki, Qərb ölkələri Moskvanı böhran yaratmaqda ittiham edir və diplomatları ölkədən çıxarmaqla onu “siyasi yöndə cəzalandırmağa” çalışırlar.

Mənbə: BFM  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =