Rusiya səmasında bu ölkəyə məxsus kəşfiyyat təyyarəsi göründü

Publika.az “MK.ru”ya istinadən xəbər verir ki, İsveç Hərbi Hava Qüvvələrinə məxsus təyyarə səhər saatlarında Finlandiyanın Rusiya Federasiyası ilə sərhədi yaxınlığında – Sankt-Peterburqdan cəmi 200 km aralıda dövrə vurub.
Məlumata görə, İsveç Hərbi Hava Qüvvələrinə məxsus “Gulfstream IV” kəşfiyyat təyyarəsi avqustun 22-də Linçepinq aviabazasından havaya qalxaraq Lappeenranta regionunda (Finlandiya) bir neçə saat dövrə vurub. Sonra o, şimala – Rusiya ilə sərhəddə yerləşən Şimal burnuna doğru istiqamətlənib.
Mütəxəssislər bildirirlər ki, hazırda İsveçdə bu ölkənin silahlı qüvvələrinin elektron kəşfiyyat üçün istifadə etdiyi iki oxşar təyyarə var.
Publika.az