Rusiya Suriyada İdlibin şimalındakı terroristləri darmadağın etdi

Rusiya Suriyada İdlibin şimalındakı terroristləri darmadağın etdi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Müxalifətə bağlı olan Suriya İnsan Haqlarına Nəzarət təşkilatı xəbəri təsdiqləyərək yaralıların çox olmasına istinadən, ölənlərin sayının artacağını bildirdi.

Xəbər mənbələri İdlibin şimalında Türkiyənin dəstəklədiyi “Filaquş-Şam” bazasına Rusiyanın hava hücumu təşkil etdiyini, terror qruplaşmasının onlarla üzvünün öldürüldüyünü və yaralandığını açıqladı.

Əl-Aləm-in verdiyi məlumata görə, bu gün (bazar ertəsi) İdlibin şimalındakı media mənbələri Rusiya qırıcılarının Cəbəlud-Duvəylə bölgəsindəki Kafr Təxarim məntəqəsində terror qrupu olan Filaquş-Şamın hərbi bazalarını hədəf aldıqlarını bildirib.

Eyni mənbələr, Rusiyanın hava hücumlarının sürpriz olduğunu və Cəbəlud-Duvəylə bölgəsindəki hərbi bazanı hədəf aldığını, ən az 57 terrorçunun öldürüldüyünü və 100-dən çox insanın yaralandığını söylədi.

Azad Suriya Ordusuna bağlı olan Filaquş-Şam qruplaşması Suriyanın şimal-qərbindəki İdlib əyalətində fəaliyyət göstərən bir terror qrupudur və bir neçə dəfə rus qırıcı-bombardmançı təyyarəsinin hədəfi olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − two =