Rusiya TƏŞVİŞDƏ: NATO Ukraynada 5-ci MADDƏNİ tətbiq edir?

Rusiya TƏŞVİŞDƏ: NATO Ukraynada 5-ci MADDƏNİ tətbiq edir?

Publika.az xəbər verir ki, bunu finlandiyalı politoloq Yohan Bekman bildirib.

“NATO ölkələrinin Ukraynaya silah tədarükü Şimali Atlantika Alyansı Nizamnaməsinin bütün üzvlərin qarşılıqlı müdafiəsi ilə bağlı beşinci maddəsinin tətbiqidir. Artıq Qərb dövlətləri elə davranırlar ki, sanki Ukrayna NATO-dadır” – Yohan Bekman vurğulayıb.

Onun sözlərinə görə, NATO öz hərəkətləri ilə Ukraynanı Rusiyaya qarşı silaha çevirib. Eyni zamanda politoloq iddia edib ki, Kiyevə silah tədarükü qanunsuzdur və beynəlxalq hüququ pozur.

“Əgər Ukrayna NATO-nun de-yure üzvü olsaydı, bu, qanuni olardı. Amma indi yox” – politoloq əlavə edib.

NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən, Şimali Atlantika Alyansının üzvlərindən birinə hücum bütün üzvlərə hücum kimi qiymətləndiriləcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 4 =