Rusiya təyyarəsi qəzaya uğrayıb: 50-yə yaxın insan, o cümlədən 5 uşaq həyatını itirib


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Rusiyanın uzaq şərqində, Amur bölgəsində cümə axşamı günü Antonov An-24 tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Rusiya Fövqəladə Hallar Xidmətinin verdiyi ilkin məlumata əsasən, göyərtəsindəki 50-yə yaxın sərnişin, o cümlədən 5 uşaq, faciəli şəkildə həlak olub.
Sovet dövrünə aid olan və təqribən 50 illik istismar müddəti olan bu təyyarənin yanan gövdəsi helikopterlə havadan müşahidə edilib. Xilasedicilər dərhal hadisə yerinə göndəriliblər.
Sosial şəbəkələrdə yayılan, lakin hələlik təsdiqlənməmiş videomateriallarda təyyarənin sıx meşəlik əraziyə düşdüyü görünür. Hadisə ilə bağlı araşdırmalar davam edir və rəsmi qurumlar əlavə məlumatların açıqlanacağını bildiriblər.