Rusiya Taliban hakimiyyətini rəsmən tanıyan ilk ölkə oldu

Rusiya Taliban hakimiyyətini rəsmən tanıyan ilk ölkə oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Rusiya Federasiyası Əfqanıstandakı Taliban hakimiyyətini rəsmən tanıyan ilk ölkə kimi çıxış edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi iyulun 3-də məlumat yayıb. Nazirliyin bəyanatına əsasən, Taliban rejiminin diplomatları artıq Moskva tərəfindən rəsmi şəkildə akkreditə olunub.

2021-ci ildə ABŞ və Qərb qüvvələrinin Əfqanıstandan çıxmasından sonra hakimiyyəti ələ keçirən Taliban hələ də bir çox ölkə tərəfindən tanınmır. Buna baxmayaraq, Rusiya bu addımı ilə təşkilata diplomatik legitimlik verən ilk dövlət kimi yadda qalır.

Bəzi beynəlxalq müşahidəçilər Moskvadakı bu qərarı regional geosiyasi maraqlar və təhlükəsizlik strategiyaları kontekstində qiymətləndirir. Analitiklər hesab edirlər ki, bu tanınma regionda güc balansına və Əfqanıstanla iqtisadi-siyasi münasibətlərə birbaşa təsir göstərə bilər.

Hazırda digər ölkələrin bu addımı izləyib-izləməyəcəyi maraqla gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 20 =