Rusiya “Taliban” hökumətini tanımaq üçün şərtini açıqlayıb

Rusiya “Taliban” hökumətini tanımaq üçün şərtini açıqlayıb

Rusiya Əfqanıstanda “Taliban” hökumətini rəsmən tanımaq üçün şərtini açıqlayıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, “Taliban” hökumətinin rəsmən tanınmasından danışmaq hələ tezdir.
S. Lavrov qeyd edib ki, Rusiyanın qərarı Əfqanıstanda hadisələrin necə cərəyan edəcəyindən asılıdır: “Konkretləşdirsək, bu, taliblərin vədlərini nə zaman yerinə yetirməsindən, o cümlədən inklüziv hökumət formalaşdırılması, Əfqanıstan ərazisindən qaynaqlanan terrora və narkotik dövriyyəsinə qarşı effektiv mübarizədən asılıdır. Bunlardan asılı olaraq dünya ictimaiyyətinin digər üzvləri ilə həmrəy şəkildə tədricən “Taliban” Hərəkatının BMT-nin sanksiya siyahısından çıxarılması istiqamətində hərəkət edəcəyik. Bu da Əfqanıstanda yeni hökumətin tanınması üçün əsas yaradacaq”.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =