Rusiya: Terror qruplarının Hələbə hücumu Suriyanın suverenliyinin pozulmasıdır

Rusiya: Terror qruplarının Hələbə hücumu Suriyanın suverenliyinin pozulmasıdır

 Kreml sözçüsü açıqlamasında Suriyadakı son hadisələrə toxunaraq, terrorçu qrupların Hələb şəhərinə hücumlarını Suriyanın suverenliyinin pozulması kimi qiymətləndirib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Dmitri Peskov bu gün (29 noyabr) Suriyanın Hələb şəhərindəki hadisələrlə bağlı açıqlamasında deyib: Hələbdəki vəziyyət Suriyanın ərazi bütövlüyünə təcavüzdür və Rusiya regionda asayiş və sabitliyi dəstəkləyir.

Kreml sözçüsü bəyanatında həmçinin Suriya rejimindən bu bölgələrdə asayişi tezliklə bərpa etməyi (bu əraziləri geri almaqla) istəyib.

Bu gün xəbər mənbələri Suriya qırıcılarının İdlibin cənub-şərq bölgələrinə ağır hava zərbələri endirdiyini bildirib. Yayımlanan məlumatlara görə, bu hücumlarda terrorçuların toplaşdığı yerlər və mövqeləri, zirehli texnikaları hədəfə alınıb, bəziləri məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + ten =