Rusiya, Türkiyə və Qətər yeni SAZİŞ HAZIRLAYIR: rəsmi məktublar üzə çıxdı

Rusiya, Türkiyə və Qətər yeni SAZİŞ HAZIRLAYIR: rəsmi məktublar üzə çıxdı

Publika.az xəbər verir ki, Bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.

Agentlik iyulun 21-dən avqustun 8-dək Qətər Xarici İşlər Nazirliyi ilə Rusiya və Türkiyə səfirlikləri arasında olan rəsmi yazışmaları təqdim edib.

Məktubıarda deyilir ki, Moskva taxıl müqaviləsindən çıxacağı ilə bağlı Ankaraya əvvəlcədən xəbərdarlıq edib. Bununla bağlı Rusiya Federasiyası, Türkiyə və Qətər köhnəni əvəz edəcək yeni üçtərəfli saziş hazırlamağa başlayıb.

Bildirilir ki, yeni təklif olunan sənədə əsasən, Rusiya taxılının yoxsul ölkələrə, xüsusilə Afrikaya tədarük edilməsi planlaşdırılır. Öz növbəsində Türkiyə bu işdə təşkilatçı, Qətər isə təchizat sponsoru kimi çıxış edəcək.

Almaniya nəşrinin qeyd etdiyi kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan, ehtimal olunan razılaşmaya baxmayaraq, Moskvadan taxıl müqaviləsinə qayıtmağı xahiş edir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − four =