Rusiya Ukraynada ələ keçirilən silahları nümayiş etdirib -VİDEO

Rusiya Ukraynada ələ keçirilən silahları nümayiş etdirib -VİDEO

Rusiya Müdafiə Nazirliyi bu gün Kiyev vilayətində ələ keçirilən batalyonların və Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnikasını əks etdirən video yayımlayıb.

Lent.az bildirir ki, nazirliyin məlumatına görə, Rusiya Hərbi Hava Qüvvələrinin bölmələri Ukraynanın milli batalyonlarının və Silahlı Qüvvələrinin hərbçilərini Kiyev ətrafı qəsəbədən sıxışdırıb çıxarıb:

“Onlar geri çəkilən zaman tanklar, zirehli transportyorlar, çoxlu atıcı silahlar, tank əleyhinə silahlar və yaxşı vəziyyətdə olan sursatları tərk ediblər”.

Müdafiə Nazirliyi Rusiya desantları tərəfindən ələ keçirilən Ukrayna Silahlı Qüvvələrinin texnikası və silahlarının “DXR” və “LXR” xalq milislərinin hərbçilərinə veriləcəyini vurğulayıb.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 6 =