Rusiya və Çin XİN başçıları regional məsələləri müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində çinli həmkarı Vanq Yi ilə görüşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Report.az