Rusiya və Çindən Suriyaya jest: BMT-nin…

Rusiya və Çindən Suriyaya jest: BMT-nin…

Publika.az xəbər verir ki, ABŞ və müttəfiqləri Rusiya və Çinin etirazlarına baxmayaraq, “Suriyanın kimyəvi silah proqramına görə hesab verməməsinin” hər ay BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcəyini vəd ediblər. Rusiya və Çin isə hesab edir ki, ərəb ölkəsində kimyəvi silahdan istifadə ilə bağlı məsələlər həll olunub. Bu barədə “The Independent” yazır.

Məlumata görə, Rusiya və Çin ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının Suriyanın kimyəvi silahı məsələsinə dair aylıq iclasında çıxış etməkdən imtina ediblər. Suriya xarici işlər nazirinin müşaviri Alhakan Dendi də öz növbəsində Dəməşqin yeni görüş planlarına təəccübləndiyini, bunun üçün heç bir səbəb olmadığını vurğulayıb.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasında deyib ki, Suriya prezidenti Bəşər Əsəd hökuməti dəfələrlə beynəlxalq ictimaiyyətə və kimyəvi silahlara nəzarət üzrə beynəlxalq təşkilatın müstəntiqlərinə yalan danışıb. “Prezident Co Bayden administrasiyası Suriyaya 2013-cü ildəki hücumların tam hesabını vermək üçün təzyiq göstərməyə davam edəcək”, – o bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + ten =