Rusiya və İran 10 yeni neft-qaz yatağının birgə işlənməsini müzakirə edir

Rusiya və İran 10 yeni neft-qaz yatağının birgə işlənməsini müzakirə edir

Rusiya və İran ikincinin ərazisində 10 yeni neft-qaz yatağının birgə işlənməsi məsələsini müzakirə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İranın neft naziri Cavad Ouci bildirib.

“Neft-qaz sənayesində Rusiyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq edirik. Son iki il ərzində müəyyən müqavilələr imzalanıb. Bəzi yataqlar artıq rusiyalı həmkarlar tərəfindən işlənilir. İndi bizim daha 10 yatağımız var və burada rusiyalı həmkarlarımızı əməkdaşlığa cəlb etmək qərarına gəlmişik. Bu sahələrdə tərəfdaşlıq haqqında məsələləri müzakirə etdik”, – o deyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =