Rusiya və Misir prezidentləri qarşılıqlı əlaqələri və region məsələlərini müzakirə ediblər

Rusiya və Misir prezidentləri qarşılıqlı əlaqələri və region məsələlərini müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Misir prezidenti Əbdülfəttah Sisi qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə ediblər.

Bu barədə Misirin Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, prezidentlər bu gün telefon təmasında qarşılıqlı əlaqələri müzakirə ediblər. Tərəflər bu danışıqlar zamanı Misirlə Rusiya arasında turizm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə də bir neçə uçuşun yenidən bərpa edilməsilə bağlı müzakirələr aparıblar.

Bu danışıqların nəticələrindən biri kimi Rusiyadan Misirin Şərm-Şeyx və Hurdaqa şəhərlərinə hava reyslərinin bərpa edilməsi barədə razılıq əldə olunub.

Həmçinin iki prezident Liviyadakı vəziyyəti və Efiopiyanın Nil çayı üzərində tikməkdə olan ən-Nəhda su barajının vəziyyəti haqda fikir mübadiləsi aparıblar.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 14 =